Cəmiyyət

Dövlət qurumlarının qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ - Yeni mərkəz yaradıldı - VİDEO

7 İyul 2022 17:37
0 Şərh     Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hökumət evində yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmış şəkildə həyata keçirilməsi üçün Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb. Əməkdaşlarımız yeni yaradılan mərkəzə baş çəkib.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, dövlət qurumlarının qəbuluna düşmək üçün mərtəbə-mərtəbə gəzməyə və gözləməyə ehtiyac qalmayacaq.

Söhbət Hökümət evində yeni fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzindən gedir. Vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan bu Mərkəz əhalinin işini daha da asanlaşdıracaq. 

Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır. Qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərəcək. 

Mərkəzdə həmçinin vətəndaşlara xidmət üçün müasir şərait yaradılıb.

Burada yeni avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları,  "Ana və uşaq otağı", həkim və psixoloq fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.