Cəmiyyət

"Oğlancıqlara dəstək verməyin, ay yazıqlar!” - Metroya balta ilə girən şəxsdən daha bir VİDEO

5 İyul 2022 19:41
3 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

İnsanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl Tik-Tok sosial şəbəkəsində canlı yayım açıb.

O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.

Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: "Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!"

O həmçinin bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.