Cəmiyyət

Lotu Bəxtiyarı “vor” edən əfsanə: Kamerada yer süpürmək qəbahət deyil - FOTO

3 İyul 2022 23:29
4 Şərh     Baxış: 19 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rəsmi adı Vladimir Petroviç Babuşkin olan Vasya Brilyant SSRİ-dəki kriminal dünyanın Allahı kimi qəbul olunub.

Vasya Brilyantın taclandırdıqları arasında azərbaycanlı kriminal avtoritet Bəxtiyar Ağababaoğlu Kərimov (Lotu Bəxtiyar) da olub.
 
Müxtəlif məhkəmələrdə üst-üstə haqqında 90 il hökm oxunan Vladimir Petroviç Babuşkin 19 mart 1928-ci ildə Həştərxanda dünyaya göz açıb.
 
İkinci Dünya Müharibəsi başa çatandan sonra Həştərxanda bir tikə çörək tapmaq məqsədi ilə vağzal və bazarlarda var gəl edən ac-yalavac avaraların arasında Vasya Brilyant da olub. Bu ac sakinləri QULAQ dəyirmanından çıxmış qoca və təcrübəli cinayətkarlar öz himayəsinə götürürdü. "Starik"lər bu, cavanlara kriminal aləmin qaydalarını öyrədirdilər. O zamanlar cibgirlər kriminal aləmin "aristokratlar"ı sayılırdı. Təbii ki, Vasya da istisna deyildi. O böyüklərin danışdıqlarını süngər kimi içinə çəkirdi. Vasyaya kriminal aləmlə bağlılığı olan hər şey maraqlı idi.
 
40-cı illərin sonunda Vasya cibgirliyə görə Volskda tutulub. 1949-cu ilin noyabrında Volskdakı "SİZO-2" təcridxanasına gətirilib.
 
1950-ci ildə Saratov məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsi isə 28 oktyabr 1949-cu ildən hesablanıb. Qazaxıstan məhkəməsi 1951-ci ildə Vasyanı 25 il azadlıqdan məhrum edib. Daha sonra Vasya yenə də Qazaxıstan məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrum olunub.
 
1965-ci ildə banditizmə görə 15 il, 1971-ci ildə Sverdlovskda daha 15 il azadlıqdan məhrum edilib.
 
Vasya Brilyant 1969-cu ildə Maxarbek Petroviç Karqayevi (Ruslan), 1970-ci ildə Eduard Pavloviç Krasnovu (Edik Krasnıy), 1978-ci ildə Georgi Qriqoryeviç Nijaradzeni (Jora Şahmatist), 1981-ci ildə Fərid Kəbiroviç Həbibullini (Fərid Rezanıy Kazanskiy) 1982-ci ildə Zima Vasyanı, Arkadiy Qriqoryeviç Çandekovu (Arkan), Oleq Viktoroviç Surkovu (Flyaqa), 1984-cü ildə Valeriy Əsgəroviç Beştapovu (Valera Tatarin) taclandırılıb. Vasya Brilyant ümumilikdə 30-a yaxın qanuni oğrunu taclandırıb.
 
O, hökm üzrə ona oxunmuş cəzaları heç vaxt axıra qədər çəkməyib. Həyatının 40 ilini həbsxanalarda keçirən Vasya Brilyant 3 dəfə həbsxanadan qaçıb.
 
1982-ci ildə azərbaycanlı kriminal avtoritet Bəxtiyar Kərimov (Lotu Bəxtiyar) Moskva ətrafındakı Vladimir həbsxanasında Vasya Brilyant tərəfindən taclandırılıb.


 
Vasya Brilyant digər əslən rus olan avtoritetlər kimi, ənənəvi oğru qanunlarını müdafiə edərək siyasətə qarışmayıb. Bu fikri Lent.az-a açıqlamasında yazıçı Bəhram Çələbi bildirdi: "Onlar hər şeydə sərt qayda-qanunun tərəfdarı idilər. Bu qəbildən olan oğruların ən parlaq siması Vasya Brilyant idi. Vasya çox oğruları taclandırıb. Taclandırma bir qayda olaraq, həbsxanaların xəstəxanalarında keçirilib. Bəxtiyarı da Vasya taclandırmışdı. Əsasən, "sxodka"larda qərar verilirmiş ki, filan türmədə, məsələn Vladimir türməsində belə uşaqlar var, onları taclandırmaq lazımdır. Taclandırma mərasimini təşkil etmək üçün kiçik bir cinayət törədib türməyə giriblər, yaxud da yatdıqları türmədən o birinə "perevod" alıblar".
 
Bəhram Çələbi Vasya Brilyantın qətlində ancaq hökumətin maraqlı ola biləcəyini dedi: "Hökumət Vasya Brilyantı çoxdan aradan götürmək istəyirdi. Çünki əsas ideya verən, yol göstərən o, idi. Onu Permdə "Belıy lebed"də boğub öldürüblər. "Belıy lebed"i xüsusi olaraq kriminal avtoritetləri sındırmaq üçün tikmişdilər. Həmin həbsxana indi də qalır. 70-ci illərdən ta 90-cı illərə kimi, özünə "vor zakon" deyənləri "Belıy lebed"ə aparırdılar. Orda onlara işgəncə verirdilər, tanınmaz hala salırdılar.
 
Vasya bir dəfə müsahibəsində belə bir nümunə göstərir ki, Çində sərçələr taxıl zəmilərini məhv edirmiş. Deyiblər ki, kim nə qədər çox sərçə öldürüb gətirsə onlara mükafat veriləcək. Hamı da sərçələri qırmağa başlayıb. İki ildən sonra görüblər ki, taxıl zəmilərini sərçələrdən daha çox çəyirtkələr məhv edir. Təzədən sərçələri taxıl zəmilərinə buraxmağa başlayıblar. Vasya da deyib ki, bəs, bizdə də Sovet hökuməti dağılandan sonra belə olacaq. Həmin sərçələri, yəni "vor zakonları" özünüz axtaracaqsınız. Vasya Brilyantı muzdlu qatil boğaraq qətlə yetirib. Amma onun ölümü intihar kimi qələmə verilib".
 
Vasya Brilyant oğru dünyasının bütün qayda-qanunlarına sidq ürəkdən riayət edib. Bir dəfə kamera yoldaşlarından kimsə Vasyaya belə sualla müraciət edib:
 
- Vasya, döşəməni süpürmək "padlo"dur?
 
Vasyanın yuxarıdakı suala cavabı belə olub:
 
- Əgər mən uçmağı bacarsaydım, o zaman döşəməni süpürməzdim. Ancaq mən bu döşəmənin üzərində gəzirəmsə deməli, oranı təmizləməliyəm.
 
Hökumət 50-ci illərdən başlayaraq qanuni oğrulara onlarla əməkdaşlıq etməyi təklif edib. İlk növbədə avtoritetləri yola gətirmək üçün yüngül söhbətlər aparılıb. Söhbət baş tutmayan zaman isə işgəncəyə əl atılıb. Zlatoustda Vasyanı elə döyürlər ki, o, böyrəklərini tutub yerə yıxılır. Ağzının içinə sarı hərflərlə üstündə "nizam-intizam və qaydalar seksiyası" yazılmış qırmızı əski basırlar, üstünə isə süpürgə qoyurlar.
 
Hətta, Vasyanın adından müraciət də yazılmışdı. Hökumət istəyirdi ki, Vasya onların hazırladığı müraciətə imza atsın. Amma Vasya oğru namusuna sadiq qalaraq müraciətə qol çəkmir. Vasya üçün oğru əqidəsi müqəddəs olub. Deyilənə görə, Vasya əqidəsindən imtina etmiş 3 nəfər avtoriteti öldürüb.
 
1979-cu ildə Kislovodskda keçirilən "sxodka"da qanuni oğrular və "sexovşik"lərin arasında razılaşma bağlanır. Əldə olunmuş razılıq əsasında onlar gəlirlərinin 10 faizini cinayətkar birliyə verəcəklərinə söz verirlər.
 
1982-ci ildə Tiflisdə daha bir vacib görüş keçirilir. Əsas mövzu hökumətlə əlaqə qurub-qurmamaq olur. Artıq bu məsələnin vaxtı yetişmişdi. Və bu fikrin əleyhinə ən hörmətli oğrulardan biri Vasya Brilyant çıxış edir. O, köhnə qaydalarla gedərək bildirir ki, hökumətlə heç bir razılıqdan söhbət gedə bilməz.
 
Vasya Brilyant heç nəyə baxmadan, nə adından, nə də klanından imtina edir. Bütün ömrü boyu o bir gün belə hökumətə işləməyib. Ural və Saxalində bir neçə "zon" onun kurasiyasında olub.
 
Ömrünün son illərində Vasyanı kamerada tək saxlayıblar. Həmçinin, Vasyanın yeri də gizli saxlanılıb. Demək olar ki, onun kamerasına oğruların yolu qapadılıb.


 
1986-cı il yanvarın 30-da SSRİ-nin Daxili İşlər Nazirliyinin mərkəzi aparatının işçilərindən biri Vasya ilə görüşür. Amma görüş bir neçə dəqiqə davam edir. Bu görüşdən sonra isə Vasya çox yaşamır. Çox güman ki, onu muzdlu qatil boğub öldürüb.
 
Ölümündən 7 il sonra qəzetlər onun sonuncu müsahibəsini dərc edir. Vsya bu müsahibədə dövlətin ünvanına bir sıra ittihamlar səsləndirir: "Bütün cinayətləri oğruların ayağına yazmayın. Biz öz oğru həyatımızın təmizlik xaçını daşıyırıq. Bu ad sizin böyük dövlət adlı tövlənizdən təmizdir. Bu gün siz bizi ölümə sürükləyirsiniz, amma unutmayın ki, sabah biz gedəndən sonra ilmə sizin boğazınızda daralacaq. Mən boş yerə tək adamlıq kamerada yatmıram. Mən hamını bir yerə ("sxodka"ya) yığmaq istəyirdim. Bratva bilməlidir ki, bizi çürümə gözləyir. Bizi bir-birimizlə vuruşdurmaq istəyirlər. Görünür bu külək Qərbdən əsir. Yəqin bizim fikir birliyimizdən çəkindikləri üçün birliyimizi dağıtmaq istəyirlər. Vladimirda "çentral"da Bukovski ilə görüşmüşdüm. O bizləri siyasətə qoşmaq istəyirdi. Deyirdi ki,  kriminal aləm dissidentlərə dəstək olsun. Lakin Qərb ölkələrindən fərqli olaraq bizim sahibimiz yoxdur. Bizim mövqe onların zövqünə uyğun gəlmədi".
 
Çoxları məhz Vasyanın həyatının bu müsahibədə səsləndirdiyi fikirlərin güdazına getdiyini düşünür. Ola bilsin, bəlkə də bu sözlər onun həyatına son qoyub.
 
"Belıy lebed"də dəfnetmə ritualı eynidir. Əvvəlcə mərhum dustağın cənazəsi türmənin maşını ilə qəbiristanlığa gətirilib. Mərhum türmə paltarında olub, baş daşının əvəzinə üstündə yalnız məhbusun nömrəsi yazılmış taxta basdırılıb. Taxtanın üzərində nə ad, nə soyad yazılıb. Qəbiristanlıqda bütün məzarlar bir-birini təkrarlayır. Ancaq bircə qəbir, Vasya Brilyantın məzarı memoriala, oğru dünyasının müqəddəs ziyarətgahına çevrilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.