Göygöldəki hadisədə ölən 6 nəfər istirahətdən qayıdırmış - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10:31
Ötən gecə Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan "Daf" markalı TIR-ın zərbəsinə tuş gəlib. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.
O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), 3 yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
----------
08:22
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin yük daşıyan DAF markalı TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölənlərdən 5 nəfərin bir ailənin üzvləri olduğu bildirilir.
Qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır. Ölənlərdən birinin şəxsiyyəti müəyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
XƏBƏR LENTİ
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır
-
"Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"
-
ABŞ-İran anlaşmasını Tramp, Vens və Qalibaf imzalayıblar
-
Mundial tarixinin ən sürətli 2-ci qolu
-
Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi
-
Ed Şiran səhnədən getdi
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO





