Cəmiyyət

Pensiyalarla bağlı dəyişikliklərin DETALLARI AÇIQLANDI - VİDEO

30 İyun 2022 07:59
1 Şərh     Baxış: 3 811

"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, qanuna dəyişikliklə vətəndaşlara seçim hüququ verilib.

Millət vəkili bildirib ki, yeni dəyişikliklə həmçinin müavinət və ya pensiyaların bir-birindən asılılığı da aradan qaldırılmış oldu. Eyni zamanda, ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın verilməsi gecikərsə, ötən illər də indeksasiya olunaraq məbləğə əlavə ediləcək.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikləri artıq Prezident İlham Əliyev təsdiqləyib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

1 Şərh:

  • Anonim
    roker · 30 İyun 09:5810

    Pensiya yaş həddini endirin, bizə başqa heç bir pensiya islahatı, artım lazım deyil. MM, PENSİYA YAŞ HƏDDİNİ ENDİRMƏK HAQQINDA QƏRAR QƏBUL ET. SSRİ də OLDUQU KİMİ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics