Cəmiyyət

Balakəndə təmirə həsrət qalan yol - Bərbad yol hamını təngə gətirib - VİDEO

26 İyun 2022 05:22
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolun bir hissəsi asfaltlanıb, yerdə qalan hissəsi isə yarasız vəziyyətdədir. Balakən rayonunun Sarıbulaq kəndi ərazisindəki yol sürücüləri təngə gətirib. Onların sözlərinə görə asfalt vurulmamış hissə ilə hərəkət etmək olduqca çətindir. İddia edirlər ki, yol kələ-kötür olduğundan nəqliyyat vasitələri tez-tez sıradan çıxır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 2600 nəfərdən çox əhalisi olan bu kəndin yolları yararsız vəziyyətdədir. Söhbət Balakən rayonunun Sarıbulaq kəndindən gedir.

Yolun bir hissəsi 2014-cü ildə asfaltlanıb. Yerdə qalan hissəsi isə avtomobillərin hərəkəti üçün əlverişli deyil. Sürücülər nəqliyyat vasitələrinin tez-tez sıradan çıxdığını iddia deyirlər. 

Sakinlərin sözlərinə görə belə vəziyyət uzun müddətdir ki, davam edir. İddialara görə aidiyyəti qurumlara müraciət edilsə də, nəticəsi olmayıb. 

Məsələ ilə bağlı Balakən rayon icra hakimiyyətindən açıqlama verilib. Qeyd edilib ki, sözügedən 3 kilometrlik yolun asfaltlanması ilə bağlı aidiyyəti üzrə məktub ünvanlanıb. Balakən rayon 15 nömrəli yol istismarı MMC-dən şifahi olaraq bildirildi ki, Sarıbulaq kəndi ərazisindəki yolun tam olaraq asfaltlanması dövlət investisya layihəsinə daxil edilib. Layihənin icrası 2024-cü ildə həyata keçiriləcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.