Özəl bağçaların ödənişləri əlçatan deyil - Qiymətlər nəyə əsasən tənzimlənir? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda özəl bağçaların ödənişləri bir çox valideynlər üçün əlçatan deyil. Ona görə də əksər ailələr çalışırlar ki, uşaqlarını dövlət müəssisələrinə göndərsinlər. Ancaq özəl bağçaları da seçənlər az deyil.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, aylığı 250 manatdan başlayan və illiyi 6 min manata qədər olan bağçalar var.
Qiymətləri və göstərdikləri xidmətləri öyrənmək üçün bir neçə özəl bağça ilə əlaqə saxladıq. Bildirildi ki, ödənişlərə, əsasən qidalanma, idman, rəqs dərsləri, həmçinin Azərbaycan, rus və ingilis dilinin tədrisi daxildir.
Müqayisə üçün dövlət bağçalarındakı vəziyyəti də öyrəndik. Əlaqə saxladığımız müəssisədən deyildi ki, təlimlər Azərbaycan və rus bölməsi üzrə aparılır. Bundan başqa, bağçada gündə 4 dəfə qidalanma, müxtəlif oyunlar və rəsm dərsləri təşkil edilir. İngilis dili üzrə tədris isə valideynlərin xahişi əsasında olur.
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, özəl bağçaları yoxlayan qurum olmadığından, orada göstərilən xidmətlər və qiymətlər barədə vəziyyəti öyrənmək çətindir.
Ekspertin fikrincə, valideynlərin asan seçim etmələri üçün ilk növbədə məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Çünki ölkə üzrə bağçaların sayı tələbatı ödəmir.
Millət vəkili Ceyhun Məmmədov isə deyib ki, özəl bağçalarda qiymət məsələsi İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənir.
Millət vəkili bildirib ki, dünyanın bir çox yerlərində özəl bağçalarda qiymətlərin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu sahədə çalışan qadınlar daha çox MAAŞ ALIRLAR
-
Ən yaşlı seçicinin görün neçə yaşı var
-
"Sabah" qolkiperini göndərdi
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Rəsmi
-
Pərvizin meyxanası hamını GÜLDÜRDÜ - VİDEO
-
Rus ordusu iki kəndi işğal etdi
-
Sumqayıta güclü dolu düşdü - VİDEO
-
Azərbaycan Gürcüstana qaz satışını artırdı
-
Şəhidin illər öncəki ifası KÖVRƏLTDİ - VİDEO
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
İranda internetlə bağlı yeni qərar verildi
-
"AZPULMAT" müştərilərindən 71 milyon cərimə yığıb
-
ADY bayram günlərində bu qrafikdə işləyəcək
-
Azərbaycanlı aparıcının hamiləlik FOTOları
-
Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova
-
AFFA "Qarabağ"və "Neftçi"ni cərimələdi
-
TƏBİB-dən qərar - İki yüksək təyinat birdən - KİMLƏRDİR?
-
Paytaxtın bu ərazisində DİQQƏTLİ OLUN - Yol çökür - FOTO
-
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
-
Ölkədə “arvad” ifadəsi ləğv olunur? - TƏKLİF
-
1 porsiya yeməyə 43 min verdi - VİDEO
-
Xızı rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
-
Ödəniş edib əsgərliyə getmək istəməyənlərə MÜHÜM XƏBƏR
-
"Mətanətlə Almaz qorxaqdır, pulu yolda qucaqlayıb gətirərlər"





