Şamaxıda altı ay əvvəl çəkilən yol niyə çökdü? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təxminən 5-6 ay əvvəl Şamaxı rayonunun Bakı və Məhəmməd Əmin Rəsulzadə küçələri təmir edilib. Yolların asfalt örtüyü yenilənib. Amma hazırda sözügedən küçələrdə müxtəlif hissələrdə çökmə və qabarmalar yaranıb. Sürücülər yollarda çox çətinliklə hərəkət etdiklərini deyirlər. Bəs görəsən yeni təmir edilmiş yolun yararsız vəziyyətə düşməsinə səbəb nədir? Aidiyyəti qurum məsələyə münasibət bildirib.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şamaxıda 5-6 ay əvvəl istifadəyə verilmiş 2 yolda iri çatlar, çökmə və qabarmalar yaranıb. Söhbət Bakı və Məhəmməd Əmin Rəsulzadə küçələrinin yollarından gedir.
Sakinlər iddia edirlər ki, yollar istifadəyə verildikdən bir-iki gün sonra çökməyə başlayıb. Dəfələrlə gəlib təmir etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndəsi Rəşad Əliyev bildirib ki, hər iki küçədə 40 il bundan əvvəl çəkilən yeraltı su ötürücüləri lil və çöküntü ilə dolub. Son günlər yağan intensiv yağışlar nəticəsində sel-suları yeni çəkilən asfalt örtüyünü dağıdaraq bəzi hissələrini yararsız vəziyyətə salıb. Bundan əlavə, Bakı küçəsi sürüşmə zonasında yerləşdiyi üçün həmin yolda torpaq çökmələri baş verir. Rəşad Əliyev yaxın günlərdə kollektor və su ötürücülərinin təmir olunacağını və həmin küçələrə yenidən asfalt örtüyünün vurulacağını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Nərimanovda binadakı yanğın məhdudlaşdırılıb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)





