Su anbarını ilanlar basıb: İçməli su üçün TƏHLÜKƏ VAR? AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Yerli sakinlər deyir ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Təbii ki, onların arasında xeyli sayda zəhərli ilanlar da var.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, yerli sakinləri, eləcə də digər vətəndaşlarımızı narahat edib.
Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun hansısa dərəcədə zəhərlənmə ehtimalıdır.
Sakinlərin deməsinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir də görülmür.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mövqeyini öyrənmək istədik. Lakin gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna zəng çatmadı.
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudovla isə mütəxəssis rəyi almaq üçün müracət etdik. Azər Maqsudov narahatçılığa hər hansı bir əsasın olmadığını söylədi:
"İlanlar iki növə bölünür- suda və quruda yaşayanlar. Amma həm suda, həm də quruda yaşayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır.
İlanlar yalnız təhlükə hiss edəndə hücum edir, qarşısındakını sancır, zəhərləyir. Amma qeyd olunan şəraitdə ilanlar heç bir təhlükə yaratmır. Su ilanları isə ümumiyyətlə qorxulu deyil. Ona görə də Ceyranbatan su anbarının ətrafında qeydə alınan ilanlar içməli su üçün heç bir təhlükə törətmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərcləri nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı





