Artıq yaxın günlərdə Zəngilan rayonunun Ağalı kəndinə köçəcək 41 ailə müəyyənləşib.
Milli.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, onların arasında püşkatmada iştirak edən və Ağalının ilk sakinlərindən olan Vəliyəddin Paşayevin ailəsi də var.
Onlar artıq tam bərpa olunmuş doğma kəndlərinə qayıdacaqları günü səbrsizliklə gözləyirlər.
Hazırda Sumqayıt şəhərində məskunlaşan V.Paşayev doğulub boya-başa çatdığı Ağalı kəndinin yenidən qurulmasında da iştirak edib. O, kənddə aparılan tikinti-quruculuq işlərində sürücü kimi çalışıb.
Qeyd edək ki, yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq vətəndaşlarımızın ilk köçü baş tutacaq. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov xarici mətbuata verdiyi müsahibəsində deyib.
Milli.Az