Cəmiyyət

Mikro sahibkarlıq subyekti işlətdiyi obyekti vergi orqanında uçota almasa...

16 Sentyabr 2022 21:23
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi orqanında uçota alınaraq VÖEN əldə edən mikro sahibkarlıq subyekti işlətdiyi obyekti vergi orqanında uçota almadan satış həyata keçirə bilərmi?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisinin həmin Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və ya təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 40 manat məbləğində, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Buna əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektin vergi orqanında uçota alınmamasına görə mikro sahibkarlıq subyekti olan vergiödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.