Cəmiyyət

Mənzilini satan fiziki şəxsin vergi öhdəliyi varmı?

15 İyul 2022 22:29
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxsin mənzilini satdıqda vergi öhdəliyi yaranırmı?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır.

Eyni zamanda, yaşayış yeri üzrə qeydiyyatdaolma müddətindən asılı olmayaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin yaşayış yeri üzrə 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduğu yaşayış sahəsinin (mənzilinin) təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan hissəsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.