Cəmiyyət

Bakıda çəkiliş aparan jurnalistlərə hücum edildi - FOTO

7 İyun 2022 06:37
0 Şərh     Baxış: 2 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "DSK" kimi tanınan yolda qeydə alınıb.

Belə ki, "Nİssan markalı minik avtomobilinin sürücüsü geriyə dönmək istəyərkən "Niva" markalı maşın "Nissan"-ya çırpılıb.

Qəza nəticəsində "Nissan"-da olan bir nəfər xəsarət alıb.

Qəzanı işıqlandıran jurnalistlər hadisə şahidləri və avtomobil sürücüləri tərəfindən təzyiqlə üzləşib.

Həmin şəxslər operator və jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədərək onları vurmağa başlayıb.

Jurnalistlər polisə məlumat verdikdən sonra edilən təzyiqlərdən zorla yaxa qurtarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.