Cəmiyyət

Gədəbəydə bir qrup sakin əmək haqlarını ala bilmirlər - VİDEO

1 İyun 2022 14:07
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəy rayonunda bir qrup sakin podratçı şirkətdən əmək haqlarını ala bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun abadlıq və quruculuq işlərində işləyən sakinlərə  8 aydır ki, müxtəlif vədlər verilir. Üstəlik, işçilərlə əmək müqaviləsinin bağlanmadığı da iddia edilir.

Sözügedən MSTS MMC podratçı şirkətin iş icraçısı Zahid Şahbazov isə "Xəzər Xəbər"ə bildirib ki, işçilərin əmək haqlarının geçikməsi şirkətin maliyyə məsələlərində yaranan durğunluqla bağlıdır. Onun sözlərinə görə, şirkət rəhbərliyi bu istiqamətdə müvafiq addımlar atır və bu həftənin cümə günü hər bir işçinin əmək haqqı veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.