Cəmiyyət

Qaz sərfiyyatının öyrənilməsi ilə bağlı YENİLİK

7 May 2022 23:31
0 Şərh     Baxış: 2 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər sosial şəbəkələrdə abonentlərə bildirişlərin vaxtında verilməməsi kimi paylaşımlara rast gəlinir.

Sonradan ödənişli (mexaniki tipli) sayğac və əvvəldən ödənişli (smart-kart tipli) sayğac istifadə edən abonentlər onlara lazım olan bir sıra mühüm məlumatları www.azeriqaz.az saytına daxil olaraq "borcunu/limitini öyrən" pəncərəsinə keçid etməklə əldə edə bilərlər.

Abunəçi kodu və ya sayğac nömrəsini qeyd edərək "borcunu öyrən" düyməsinə klik edilir. Abonent bu səhifəyə daxil olduqdan sonra son ödəniş tarixi, son ödəniş məbləği, Tarif (qiymət) Şurasının təbii qazdan istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin təbii qazdan hansı limit tarifində istifadə etdiyi, növbəti limit mərhələsinə keçid edəcəyinə dair və bir sıra digər lazımi məlumatlarla yaxından tanış ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.