Cəmiyyət

Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək

29 Aprel 2022 13:00
1 Şərh     Baxış: 2 548
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namaz qılınacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.

Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.