Cəmiyyət

"Niyə deməliyik ki, məni xalq dolandırır?"

24 Aprel 2022 22:23
0 Şərh     Baxış: 1 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sənət adamı deməməlidir ki, bizi xalq dolandırır. Sən gedirsən zəhmət çəkirsən, onun qabağında əməkhaqqı verirlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Onun sirri" proqramında deyib. Aktyor sənət adamlarına səslənib. O bildirib ki, sənət adamları "məni xalq dolandırır" sözünü deməməlidir:

"Bənna gəlir ev tikir, daş qaldırır, palçıqda əlləşir, pul alır. Niyə deməlidir ki, xalq dolandırır? Səni aparmasın, görək toyu kim idarə edəcək? Bu sözü qəbul etmirəm. Bu yaşıma qədər xalq mənə 1 kiloqram pendir, kənddən 1 toyuq gətirməyib. Gedib toy idarə edirəm, oxuyuram, zəhməthaqqımı alıram. Məni xalq dolandırmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.