Cəmiyyət

Bakıda söküləcək yaşayış binalarının sayı açıqlandı - Baş planda daha nələr yer alır? - VİDEO

22 Aprel 2022 20:36
0 Şərh     Baxış: 2 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis- kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə mütəxəssis  Mülkədar Rüstəmov bildirib ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək. Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub. Görüləcək işlər Bakının əmlak bazarında qiymətlərə də təsir edəcək. Onun fikrincə, şəhərin bir sıra ərazilərində torpaq sahələri və mənzillərin qiyməti bahalaşacaq.

Qeyd edək ki, Bakı şəhərinin Baş planı 4 prioritet hədəf əsasında hazırlanır. Bunlar şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin regenerasiyasi, şəhərin memarlıq siması və tarixi irsə qayğı, elcə də yeni məzmunudur. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.