Cəmiyyət

Hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

21 Aprel 2022 15:12
0 Şərh     Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının ayrı-ayrı rayonlarında minlərlə fərdi ev var ki, onların sənədləri yoxdur. Üstəlik, bu evlərin çox hissəsi insan həyatı üçün təhlükə mənbəyidir. Çünki elə yerlərdə inşa olunublar ki, təhlükəni görməmək mümkün deyil. Millət vəkili Vahid Əhmədov bu məsələdən danışıb. Deputat deyib ki, belə evlərin sahiblərinə ya kompensasiya ödənilməlidir, ya da ayrıca mənzil verilməlidir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qaz xətlərinin üstündə, elektrik xətlərinin altında, dəmir yollarının bir addımlığında. Hətta bəzilərinin həyətində neft quyusu da var.

Bakıətrafı kənd və qəsəbələrdə belə evlərin sayı minlərlədir. Bu tikililər yalnız içində yaşayan sakinlər üçün deyil, digər vətəndaşlar üçün də təhlükə mənbəyi sayılır.

Millət vəkili Vahid Əhmədov on minlərlə vətəndaşı əhatə edən bu problemlə əlaqədar Milli Məclisdə dəfələrlə məsələ qaldırıldığını deyir.

Millət vəkilinin fikrincə, tikildikləri ərazilərdən asılı olmayaraq, belə evlərin aqibətinə aydınlıq gətirilməlidir. Yəni sökülməli olanlar sökülməli, sənədləşdirilməli olanlar isə müvafiq sənədlə təmin edilməlidir.. Vahid Əhmədov deyir ki, bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Hazırda qarşıda duran əsas məsələ sənədsiz evlərin hansılarının sökülməsi və hansılarınsa sənədlə təmin edilməsi ilə bağlıdır. Söküləcək evlərin sahiblərinə gəlincə isə, millət vəkili deyir ki, onlara veriləcək kompensasiyanın növü də müəyyənləşdirilməlidir.    

Millət vəkili son vaxtlar Bakıda qanunsuz ev tikilməsi hallarına rast gəlinmədiyini də deyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.