Cəmiyyət

Məktəbdə bıçaqlanma hadisəsi baş verib, saxlanılan var - VİDEO

13 Aprel 2022 10:58
0 Şərh     Baxış: 2 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyəzən rayonu, Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məktəbdə şagird digər şagirdi bıçaqlayıb.

Siyəzən rayon Təhsil şöbəsindən "Xəzər Xəbərə" bildirilib ki, aprelin 5-də məktəbdə X sinif şagirdi və IX sinif şagirdi arasında mübahisə yaranıb.

Məktəb direktorunun təlim- tərbiyə üzrə müavini Xavər Teymurova deyib ki, hadisə tənəffüs zamanı olub.

Hadisəni eşidən müəllimlər dərhal Siyəzən Regional Diqanostika Mərkəzinin Təcili-tibbi yardım şöbəsinə zəng vuraraq bıçaqlanan şagirdi xəstəxanaya çatdırıblar. Onu qəbul edən həkimin sözlərinə görə, xəsarət kürək nahiyyəsindən yetirilib.

Hazırda yaralı sagirdin müalicəsi Bakıda davam etdirilir.

Daxili İşlər Nazirliyinin regional qrupundan "Xəzər Xəbər"ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.