Cəmiyyət

Salyanda örüş sahələrində süni göllər yaradılıb - Sakinlər narazıdır - VİDEO

11 Aprel 2022 14:06
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda örüş sahələrində süni  göllər yaradılıb və əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan şirin su bu göllərə yönəldilir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Salyanın  Şorsulu kənd  ərazi vahidliyindən gedir.

Sözügedən  ərazidə Şorsulu və Boranıkənd kəndləri  yerləşir. Sakinlərin iddiasına görə, yaradılmış göllər suyu əkin sahələri üçün nəzərdə tutulmuş su kanallarından götürür. Ona görə də əkin sahələrini suvara bilmirlər.

Onların digər problemi isə bu göllərin örüş sahələrində yaradılmasıdır. Ona görə də təsərrüfat sahibləri mal-qaranı otarmağa yer tapa bilmirlər.

Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, bu mövsümdən toxum balıqlar olmayan göllərə su verilməyəcək. Balıq olan təsərrüfatlara isə su qismən veriləcək. Yeni mövsümdən isə  yalnız əkin sahələrinə  suyun verilməsi nəzərədə tutulub.

Şorsulu bələdiyəsindən isə deyiblər ki, sözügedən  balıq  gölləri 2000-2010-cu  illərdə yaradılıb. Artıq  problemlə bağlı komissiya yaradılıb, əraziyyə baxış keçirilib. Vaxtı bitmiş təsərrüfat sahələrinin sahiblərinə akt tərtib olunaraq, cərimə tətbiq  olunub və onlara göllərin ləğv edilməsi üçün xəbərdarlıq olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.