Cəmiyyət

56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? - Cəlilabaddakı qətlin təfərrüatı

2 Aprel 2022 08:54
0 Şərh     Baxış: 3 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda 49 yaşlı qadının qaynı tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qətlə səbəb mülk davası olub.

Belə ki, qətli törədən, rayonun Sarxanlı kənd sakini, 1966-cı il təvəllüdlü Mehdi Həsənov qardaşı Loğman Həsənovun evinə gələrək onlardan evi tərk etmələrini istəyib.

Loğman Həsənov isə qardaşının içkili olduğunu görüb və təhlükəli vəziyyət yaradacağını düşünərək iki oğlu ilə birgə çölə çıxaraq gizlənib. Az sonra isə Mehdi Həsənov mübahisə nəticəsində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Südabə Həsənovanı ürəyindən bıçaqlayıb. Yaralı çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Mehdi Həsənov hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.