Cəmiyyət

Toya hazırlaşan tibb bacısı özünü iş yerində üçüncü mərtəbədən atdı

29 Mart 2022 23:52
0 Şərh     Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə intihara cəhd olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Gəncədə yerləşən Abbas Səhhət adına şəhər xəstəxanasının II Terapiya şöbəsində baş verib.

Məlumata görə, şöbədə işləyən 21 yaşlı tibb bacısı G.M özünü üçüncü mərtəbədən atıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

İntihara cəhdin dəqiq səbəbi bilinməsə də 21 yaşlı qızın ailə münaqişəsi səbəbindən bu addımı atdığı bildirilir. Qeyd olunub ki, aprel ayında gənc qızın toyu olacaq.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.