Cəmiyyət

Bu şəxslər niyə müəllim işləyə bilmir? - VİDEO

17 Mart 2022 17:30
0 Şərh     Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il ölkə üzrə  müxtəlif ali məktəbləri  müəllim ixtisası üzrəminlərlə məzun bitirir. Ancaq bəzi ixtisaslar  da var ki, əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmağa əsas verirdisə, hazırda bu mümkün deyil. Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, kimya, tarix, coğrafiya ixtisaslarını bitirənlər müəllim işləyə bilmirlər. Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq üçün ali məktəbə sənəd verərkən kimya deyil, kimya müəllimliyini, yaxud tarix müəllimliyini seçməlisən.

Kamran Əsədovun sözlərinə görə, diplomunda müəllim yazılmayan bu şəxslər yalnız istisna hallarda pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Milli.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov isə deyir ki, bu ixtisasları bitirələrin iş imkanlarını genişləndirmək üçün dünya təcrübəsindən yararlanmaq mümkündür.

Ekspert həmin ixtisas məzunları üçün elmi iş imkanlarınında genişləndirilməli olduğu qənaətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.