Cəmiyyət

Depressiyaya qapılıbsınızsa, tələsməyin: oxuyun - həkim yazır

15 Mart 2022 21:05
0 Şərh     Baxış: 2 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antidepressantlar psixoterapiya kimi depressiyanın müalıcəsinin önəmli bir hissəsidir.

Simptomları yüngülləşdirmək və residivlərin qarşısını almaq üçün istifadə edilir.

Depresiyanın simptomlarını yüngülləşdirməkdə nə qədər faydalı olduğuna dair müxtəlif fikirlər var. Bəziləri onların effektivliyinə şübhə edir, bir çoxları isə onları əvəz olunmaz hesab edir. Digər dərmanlarda olduğu kimi bunlar da bəzi hallarda kömək edə bilər, bəzi hallarda isə yox. Antidepressantlar ağır, orta və xroniki depressiyalarda  təsirlıdır, yüngül depressiyalarda isə ele de təsirlı deyil. Bundan əlavə onların yan təsirləri də vardır. Müalicənin üstünlüklərini və mənfi cəhətlərini nəzərə almaq vacibdir, bu barədə mütləq həkimlə müzakirə edilməlidir.

Antidepressantlarla müalicənin məqsədi hər şeydən əvvəl şiddətli depresiyani və depresiyanın yorğunluq kimi əlamətlərini aradan qaldırmaq və təkrarlanmasının qarşısını almaqdır. Dərmanlar zehni tarazlığı  və gündəlik həyat fəaliyyətini bərpa etməyə kömək etməlidir. Onlar həmçinin daxili narahatlıq və yuxu pozğunluqlarını,  həmçinin intihar düşüncələrini aradan qaldırmalıdır.

Hansı antidepressantlar var?

Depresiyanın müalicəsində müxtəlif qrup antidepressantlar vardır. Ən çox istifadə olunan antidepressantlar aşağıdakılardır:

  • tsiklik antidepressantlar (TZA)
  • seçici serotonin geri alma ingibitorları (SSRİ)
  • seçici serotonin-norepinefrin geri alma ingibitorları (SSNRİ)

Tsiklik antidepressantlar ilk yaranan antidepressantlardır, birinci nəsil antidepressantlar adlanır. SSRİ və SSNRİ isə ikinci nəsil antidepressantlar sayılır.

Daha az istifadə edilənlər isə:

  • Alfa -2 reseptor antoqonistləri
  • Monoaminoksidaz ingibitorları
  • Seçici norepinefrin geri alma ingibitorları
  • Seçici norepinefrin/dofamin geri alma ingibitorları
  • melotonin reseptor aqonistləri və serotonin 5-HT2C  reseptor antoqonistləri

Ayrıca Trazidon və Litium kimi hər hansı bir qrupa daxil edilməyənlər də var.

Antidepressantlar necə təsir edir?

Beyindəki sinir hüceyrələri signalları ötürmək üçün müxtəlif xəbərçi  maddələrdən istifadə edir. Bütün təfərrüatlar hələ tam aydınlaşmasa da ekspertlər güman edirlər ki, bəzi xəbərçi maddələr serotonin səviyyəsini tarazlayır və bu səbəblə bəzi sinir bağlantılarını əngəlləyir. Antidepressantlar bu xəbərçi maddələrin mövcudluğunu yaxşılaşdırır. Fərqli maddələr bunu fərqli yollarla edir.

Müalicə necə gedir?

Antidepressantlar adətən gündəlik qəbul edilir. İlk bir neçə həftə diqqət simptomların yüngülləşməsinə yönəlir. Müalicə ən azı 4-9 ay davam edəcək. Belə  müalicə simptomların təkrarlanmasının qarşısını almaq üçündür. Bəzən residivlərin qarşısını almaq üçün daha uzun müddətli müalicəyə ehtiyac olur. Qəbul müddəti həmçinin simptomların necə inkişaf etməsindən və təkrarlama riskinin artmasından da asılıdır. Bəzi insanlarda antidepressantın qəbulu uzun illər çəkir.

Müalicə müddətində aralıqlarla həkimə müayinəsində olmaq lazımdır. Simptomların yaxşılaşdığı və yan təsirlərin olub-olmaması həkimlə müzakirə edilməlidir. Lazım gələrsə dərmanın dozası tənzimlənir. Heç bir halda tabletləri özünüz artırıb-azaltmamalısınız. Bu tabletlərin yeterli təsinin azalmasına və ya yan təsirlərin əmələ gəlməsinə səbəb ola bilər.

Müalicənin sonunda doza həftələr ərzində tədricən azaldılır. Dərmanın dayandırılması müvəqqəti olaraq yuxusuzluğa, ürəkbulanmaya və narahatlığa səbəb ola bilər. Xüsusən belə şikayətlər dərmanların qəfil kəsilməsi zamanı baş verir. Özünüzü yaxşı hiss etdiyinizdə dərmanları özbaşına dayandırdıqda depressiyanın geri qayıtma riskini artırırsınız. Bir cox yuxu dərmanları və trankvilizatorlardan fərqli olaraq antidepressantların asılılıq yaratmaq xüsusiyyəti yoxdur.

Antidepressantlar simptomları nə dərəcədə yüngülləşdirir?

Depresiyanı müalicə etmək üçün çoxlu müxtəlif dərmanlar var. Bununla belə müəyyən bir dərmanın bir insana nə qədər yaxşı kömək edəcəyini proqnozlaşdırmaq çətindir. Buna görə də müalicənin başlanğıcında həkimlər adətən tez təsir edən və nisbətən daha yaxşı tolerə edilən dərmanı təklif edirlər.  Dərman gözlənildiyi effekti verməzsə, digərinə keçmək imkanı var.

Tədqiqatlar göstərir ki, antidepressantın faydası depressiyanın şiddətindən asılıdır. Daha ağır depressiyalarda simptomlar daha tez bərpa olunmağa başlayır. Yəni xroniki, orta və ağır  depressiyalarda antıdepressantlar effektivdir. Onlar yüngül depressiyalarda kömək etmirlər.

Antidepressantlar həmçinin xroniki depressiv ehval-ruhiyyənin bərpasına kömək edə bilər.

Antidepressantların təsiri 2-3 həftə ərzində başlayır. Bununla belə depressiya əlamətlərinin yaxşılaşması  uzuna da bilər.

Depresiyanın simptomları eyni zamanda iki dərmanın birlikdə təyini ilə də müalicə oluna bilər.

Antidepressantların residivlərinin qarşısı necə alına bilər?

Residivlərin qarşısını almaq üçün antidepressantlar adətən 1-2 il , bəzən daha uzun müddətə təyin edilir. Residivlərin profilaktikası bir neçə dəfə residiv keçirən və ya xroniki depressiyası olan şəxslər üçün xeyirlidir.

Tsiklik antidepressantların yan təsirləri SSRİ və SNRİ qrupuna nisbətən daha çoxdur.

Ciddi yan təsirlər

Antidepressantlar başgicəllənməyə və səndələməyə  səbəb ola bilər. Xüsusilə yaşlı insanlarda yıxılma və sınıq riskini artırır. Dərmanların qarşılıqlı təsiri bu təsiri daha da artıra bilər.

Çox nadir hallarda  antidepressant qəbulu ürək problemləri , epileptik tutma,  qaraciyərin zədələnməsinə səbəb ola bilər. Həmçinin SSRİ və SNRİ qrupları yeniyetmələrdə intihar düşüncələri ola bilər.  Bunun qarşısını vaxtında almaq üçün müalicənin ilk günlərində pasient həkimlə sıx əlaqədə olmalıdır.

Antidepressant seçərkən nə vacibdir?

Antidepressantin seçilib-seçilməməsi depressiyanın ağırlığından, simptomların  şiddətindən asılıdır. Həmçinin önəmlidir:

  • Psixoterapiya eyni vaxtda aparılır, yoxsa planlaşdırılır?
  • Əvvəllər  andidepressant istifadə etmişmi və koməyi olmuşmu?
  • Faydaları ilə nisbətdə yan təsirləri nə qədər ciddidir?

Müəyyən antidepressant təyin edərkən yan təsirlər məsələsi çox önəmlidir. Bəziləri  yarana  bilən həzm problemlərindən daha çox narahat olur. Digərlərində başgicıllənmə, cinsi istəksizlik və ereksiyanın zəifləməsi baş verə bilər.

Nevroloq Sevinc Mir Seyid
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.