Cəmiyyət

Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - VİDEO

12 Mart 2022 15:48
1 Şərh     Baxış: 1 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət xəstəxanalarında icbari tibbi sığortası olduğu təqdirdə vətəndaşlardan pul tələb edən səhiyyə əməkdaşları, inzibati işçilər və hətta xəstəxana rəhbərləri ilə bağlı ciddi statistika qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə cəza tədbirləri də görülüb. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə "Xəbər Ertəsi"nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin Koordinatoru Pərvin Baxşəliyeva bildirib. 

Qurum rəsmisi deyib ki, vətəndaşlar xəstəxanalarda hər hansı neqativ hallarla qarşılaşırsa mütləq Agentliyə müraciət etsinlər. 

Pərvin Baxşəliyeva həmçinin bildirib ki, icibari tibbi sığortası olan şəxslərin stasisonar müalicələri zamanı onların bütün dərman preparatları da pulsuz qarşılanmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.