Cəmiyyət

Bir ailənin üç üzvü qidadan zəhərləndi

26 Fevral 2022 21:47
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaxda bir ailənin üç üzvü qidadan zəhərlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Əmircan kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1985-ci il təvəllüdlü Elnarə Şaban qızı Ramazanova, onun övladı 2020-ci il təvəllüdlü Nemət Sahib oğlu Ramazanlı və anası 1963-cü il təvəllüdlü Aybəniz Murad qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı ailənin üzvlərinin nahar yeməyində yedikləri qidadan zəhərləndikləri məlum olub.

Hazırda hər üç ailə üzvünün müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-stabil olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.