Cəmiyyət

Pənah Hüseynlə Tofiq Abbasov efirdə əlbəyaxa oldular - VİDEO

22 Fevral 2022 22:56
Baxış: 7 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik, Əməkdar jurnalist Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə "Yeni Müsavat"ın efirində yayımlanan "Dərin Təhlil" verilişində baş verib.

Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, "Səməd bəy" deyəndən sonra "Səməd müəllim" deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib.

"Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən" - deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: "Bəy sənsən də, mən sənə bəy deyirəm".
Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.