Cəmiyyət

Azərbaycanda arvad ərinə görə öz anasını məhkəməyə verdi - VİDEO

17 Fevral 2022 18:42
1 Şərh     Baxış: 1 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qubada Qırmızı qəsəbə sakini Maqiya Abdıyeva öz anasından şikayətçidir. Ana-qız arasındakı narazılığa səbəb isə 6 yaşlı uşaqdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Maqiya vaxtilə küsülü olduğu həyat yoldaşı Elnurla barışdığı üçün anası buna etiraz edib.

Övladı ilə birlikdə 3 il anasının yanında qalan Maqiya deyir ki, 2018-ci ildən həyat yoldaşı ilə yenidən nikah bağlayıb. Maqiya ər evinə qayıtsa da anası azyaşlı övladını ona qaytarmaq istəmir.

Şikayətçi deyir ki, məsələ ilə əlaqədar məhkəməyə müraciət edib və uşağın ona qaytarılması ilə bağlı qərar qəbul olunub. Buna baxmayaraq, anası Nuriyyə Abdurrəhmanova hər dəfə onu qapıdan qovur. Maqiyanın qayınanası Fəridə Abdıyeva da nəvəsinin valideynlərinə qaytarılmasını tələb edir.

Qarşı tərəf isə əksini iddia edir. Maqiyanın anası Nuriyyə Abdurrəhmanova bildirir ki, onun azyaşlını verməklə bağlı  problemi yoxdur. Lakin uşaq özü getmək istəmir.

Xatırladaq ki, Quba Rayon Məhkəməsi uşağın doğma anasına qaytarılması barədə qətnamə qəbul edib. İndi ailə övladlarının onlara qaytarılması üçün aidiyyəti orqanlardan kömək istəyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.