Cəmiyyət

3 gün əvvəl itkin düşmüş kursant tapılıb

16 Fevral 2022 22:49
0 Şərh     Baxış: 2 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

3 gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı tapılıb.

Milli.Az bildirir ki, bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.