Cəmiyyət

Xidməti müqavilə ilə işləyən jurnalist güzəştli ipoteka kreditindən yararlana biləcək? - VİDEO

12 Fevral 2022 11:16
0 Şərh     Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güzəştli, yəni 4%-lik ipoteka kreditindən yararlanmaq istəyən jurnalistlərin yalnız əmək müqaviləsi ilə olan stajı nəzərə alınacaq. Xidməti müqavilə ilə olan müddət isə hesablanmayacaq.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu "Medianın İnkişafı Agentliyi" nin mətbuat katibi Səidə Şəfiyeva deyib.

O bildirib ki, ipoteka kreditinə müraciət üçün əsas götürülən əmək müqaviləsidir.

Qurum rəsmisi "Medianın İnkişafı Agentliyi" tərəfindən jurnalistlərə veriləcək vəsiqələrdən də danışıb. Onun sözlərinə görə, vəsiqə Media Reyestrindən qeydiyyatdan keçən jurnalistlərə təqdim olunacaq. Onun sözlərinə görə, Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə, həmçinin şəhadətnamə təqdim olunacaq.

Vəsiqələrin ödənişli, yaxud ödənişsiz olması məsələsi isə hələlik məlum deyil.

Səidə Şəfiyeva əlavə edib ki, Media Reyestrinin aparılması qaydaları Nazirlər Kabineti tərəfindən hazırlanaraq dövlət başçısına təqdim olunacaq. Qaydalar təsdiqləndikdən sonra detallar məlum olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.