Hadisə

Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

3 Dekabr 2025 12:04
Baxış: 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Piriyev özünü vəzifəli şəxs kimi təqdim edərək, müxtəlif yalan vədlərlə zərərçəkmişlərin onun bank kartına pul göndərməsinə nail olub.

Q.Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23 sutka inzibati qaydada həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.