Cəmiyyət

Arvadını çəkiclə vurub öldürmək istəyən ərin məhkəməsi başlayır

10 Fevral 2022 08:22
0 Şərh     Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin noyabrında arvadını çəkiclə vuraraq öldürmək istəyən Bakı sakini Sərdar Namazovun məhkəməsi başlayır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş vermişdi. Belə ki, qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın əri 1957-ci il təvəllüdlü Sərdar Namazov şəxsi münasibətlər zəminində arvadının baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.