Cəmiyyət

Peyğəmbərlik möhürü

22 Yanvar 2022 19:50
0 Şərh     Baxış: 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Peyğəmbərlik möhürü Rəsulullahın kürəkləri arasında, daha dəqiq desək, sol kürəyinə yaxın yerdə yerləşən, ət rəngində olan domba ət parçasıdır. Həcmi də müxtəlif rəvayətlərdə vəsf edildiyi kimi - kəklik və ya göyərçin yumurtası boydadır. Peyğəmbərlik möhürü əvvəlki ümmətlərə də öz Kitablarında agah edilmişdir. Odur ki, Kitab əhli sonuncu peyğəmbərin bu vəsflə gələcəyini bilirdi. Uca Allah Quranda buyurur: "Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir" (əl-Bəqərə, 146). Həmçinin, O buyurur: "Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!" (əl-Bəqərə, 89). Salman Farisinin əhvalatını da buna dəlil göstərmək olar. Belə ki, İsa peyğəmbərin həqiqi davamçılardan olmuş alimlərdən biri ölüm ayağında ikən Salmana Peyğəmbərin əlamətlərini bildirmiş və ona Peyğəmbərin hicrət edəcəyi yerə - Hərraya, xurmalıqlar olan bir yerə getməyi tövsiyə etmişdir. Salman Farisi Rəsulullahın kürəyindəki möhürü görərək ona iman gətirmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.