“Vəzifədən getsinlər, özlərini bədbəxt etməsinlər” - Elman Nəsirovdan məmurlara mesaj
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Deputat Elman Nəsirovun fikrincə, Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı məsələlərdən biri də korrupsiya ilə mübarizədir. Bunu jurnalistlərə verdiyi geniş müsahibə də təsdiqləyib. Belə ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda rüşvətxorluq və korrupsiya ilə mübarizə ardıcıl olaraq həyata keçirilməkdədir:
"Məmurları vəzifəyə təyin edərkən də Prezidentin əsas xəbərdarlığı belə neqativ məsələlərlə bağlı olur".
Milli.Az xəbər verir ki, millət vəkili bizim.media ilə bölüşdüyü şərhində Prezident İlham Əliyevin "sözümüzlə əməlimiz üst-üstə" düşür xatırlatmasına diqqət çəkib.
Çünki məmurlara edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar cəzalandırılırlar.
Onsuz da son kadr islahatları və həbslərin əsas səbəbi də rüşvət və korrupsiya olub ki, həmin ekslər qanun qarşısında cavab verməli olub.
Elman Nəsirov Prezidentdən sitat gətirərək korrupsiya ilə mübarizədə kadr seçimlərinin də əhəmiyyətini qeyd edib:
"Kadr islahatları siyasi reformların tərkib hissəsi kimi reallaşdırılmaqdadır. Xüsusilə də Prezident Administrasiyası, nazirliklərdə, Milli Məclisdə, yerli icra hakimiyyəti orqanlarında ciddi kadr islahatları həyata keçirilib. Vəzifələrə yeni insanlar təyin olunub. Bu prosesdə cənab Prezident incə bir məqama diqqəti çəkdi. Qeyd elədi ki, yeni kadrların içərisində olan bir müddət tapşırıqları yerinə yetirir, rüşvət və korrupsiyadan uzaq olurlar. Amma müəyyən zaman keçəndən sonra "klassik" üsluba qayıdırlar. Bu yolverilməzdir və ictimai nəzarətin üzərinə də böyük məsuliyyət düşür. Prezident bunu da özəlliklə vurğulayıb".
Elman Nəsirov bu yöndə medianın da üzərinə düşən məsuliyyətdən bəhs edib. Çünki bəzi olaylardan Prezident də media vasitəsilə agah olur.
Həm də vətəndaş-məmur təmaslarını minimuma endirmək lazımdır. Bu baxımdan, "ASAN Xİdmət" modeli uğurludur. Dünənki çıxışı həm də:
"Rüşvətxorluq və korrupsiya ilə mübarizənin gücləndirilməsi mesajı kimi də qəbul etmək olar. Yeni təyin olunanlara isə bir daha məsuliyyətə çağırış var. Yəni onlar özlərini yığışdırsınlar, bir müddət yaxşı işləyib, sonra yenidən "sələfləri" kimi davranmasınlar. Yoxsa dəmir barmaqlıqlar arasında qala bilərlər. Ən yaxşısı, vəzifədən getsinlər və özlərini bədbəxt etməsinlər. Cənab Prezident bu qədər aydın mesajı məmurlara ünvanlayıb".
Millət vəkilinin sözlərinə görə, rüşvətxorluq və korrupsiya ilə mübarizə yeni müstəviyə keçəcək. Ən əsası da yeni təyin olunan məmurlar bütün bunlardan nəticə çıxartmalıdırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
XƏBƏR LENTİ
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb





