Məşhur çeklərin 20 minə alınması iddiasına - Rəsmi reaksiya - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər sosial şəbəkələrdə 1997-ci ilə qədər əhaliyə verilən özəlləşdirmə çeklərinin (paylarının) yüksək qiymətə alınması iddiası ilə bağlı videolar paylaşılır. Videolarda həmin çeklərin 20 min manata alındığı bildirilir. Bu tipli xəbərlər isə vətəndaşlar arasında sual yaradıb və məlumatın doğruluq ehtimalı müzakirə edilib.
Milli.Az bildirir ki, qafqazinfo yayılan məlumatla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayıb. Xidmətdən sorğumuza cavab olaraq bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən, dövriyyəyə buraxılıb: "Fərmana uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da, dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil".
Əmlak Məsələləri Dövlət Xidməti sözügedən məlumatlarla bağlı xəbərdarlıq da edib: "Qeyd olunanlara əsaslanaraq, Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır. Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq".
Qeyd edək ki, 1997-ci ilin martında tədavülə buraxılan özəlləşdirmə çeklərində cəmi 8 milyon özəlləşdirmə payı və ya 32 milyon çek buraxılaraq əhaliyə paylanıb. Hər vətəndaş 1 pay (4 çek) alıb. İndiyədək özəlləşdirmə paylarının 80 faizi dövriyyədən çıxarılıb. Hazırda isə dövriyyədə 1,5 milyona yaxın özəlləşdirmə payı var.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
XƏBƏR LENTİ
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi





