Cəmiyyət

Dəm qazı “kabusundan” necə qorunaq? - VİDEO

10 Yanvar 2022 18:42
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə son günlər dəm qazından zəhərlənmə hallarının sayı artıb. Təkcə dünən və bugün ərzində paytaxtın müxtəlif rayonlarında 13 nəfər dəm qazından zəhərlənib. Ekspertlər bu bəladan birdəfəlik qurtulmaq üçün müasir texnoloji avadanlıqlardan istifadə edilməsini tövsiyyə edirlər....

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər dəm qazından zəhərlənmə hallarının sayı artıb. Ötən həftə Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Dünən və bugün paytaxtın Sabunçu rayonunda 8, Nəsimidə 4, Suraxanı rayonunda 1 nəfər eyni aqibətlə üzləşib. İki gün əvvəl isə Abşeron rayonu Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb. 

Bu faktlar məsələnin ciddiliyini ön plana çıxır. Kommunal Məsələlər üzrə ekspert Nüsrət Qasımov deyir ki, dəm qazından zəhərlənmə və ölüm halları qaz cihazlarından istifadə qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verir. 

Standartlara uyğun olmayan cihazlardan istifadə olunmamalıdır. Hansısa cihaz alınarkən keyfiyyət sertifikatı tələb edilməlidir.

Ekspertin sözlərinə görə səbəblər təkcə bununla kifayətlənmir.

Nüsrət Qasımov əlavə edib ki, binalarda hər il payız-qış mövsümü öncəsi tüstü bacaları təmizlənməldir. Bundan əlavə mənzillərdə, xüsusilə qaz sobalarının olduğu otaqlarda sızma zamanı siqnal verən detektorlar quraşdırılmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.