Cəmiyyət

Bölgələrdə un bahalaşıb - VİDEO

5 Yanvar 2022 13:48
2 Şərh     Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvanda dünəndən etibarən 27 manata satılan 50 kiloqramlıq un 36 manat 80 qəpiyə, hətta bəzi yerlərdə 38 manata satılır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, un satışı ilə məşğul olan iri ticarət mərkəzlərindən bildiriblər  ki, qiymət iri un istehsalçıları tərəfindən qaldırılıb.

Çörəyin qiymətində isə hələ ki, artım müşahidə olunmayıb.

Sabirabadda da unun qiyməti  dünən axşamdan artıb. Çörəyin qiyməti isə hələ ki, dəyişməyib.

Tovuzda da 30 manata satılan 50 kiloqramlıq un indi alıcılara 38-40 manata təklif olunur.

Satıcılar isə qiyməti artırmadıqlarını bildirirlər.

Sahibkarlar bahalaşmanı dünya bazarında ərzaq buğdasının qiymətinin artması ilə əlaqələndirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.