Cəmiyyət

Maraqlı ixtira - Sifariş etdiyimiz yeməyin dadını ekrandan biləcəyik - VİDEO

24 Dekabr 2021 20:00
0 Şərh     Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyalı professor müxtəlif yeməklərin dadını televizor ekranı vasitəsi ilə öyrənməyi mümkün edən texnika yaradıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Homei Miyaşita adlı professor Tokionun Meydzi Universitetində çalışır.

Alimin sözlərinə görə, qurğu insanlara evlərində əyləşərək dünyanın müxtəlif restoranlarının yeməklərinin dadını dadmağa imkan verəcək.

Mütəxəssisin fikrinə görə, insanlar ekranda müxtəlif yemək növlərini seçib, sonra onların dadına baxa bilərlər.

H. Miyaşita bildirib ki, bu ixtira pandemiya zamanı, restoranlara baş çəkmək və ölkələr arasında uçuş imkanlarının məhdud olduğu bir şəraitdə faydalı ola bilər.

"Məqsəd insanların hətta evdə olarkən də dünyanın o biri tərəfindəki restoranda yeməyin dadını hiss etməyə yardım edə bilər", - deyə alim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.