Cəmiyyət

Dollar bahalaşacaq? - AÇIQLAMA - VİDEO

24 Dekabr 2021 19:22
1 Şərh     Baxış: 3 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər ölkəmizdə dolların bahalaşacağı ilə bağlı söz-söhbətlər artıb. Buna səbəb Azərbaycanda və dünyanın bir çox ölkəsində qeyd ediləcək Yeni il bayramı ilə əlaqədar xarici valyutaya tələbatın artmasıdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, ilin sonu ilə əlaqədar büdcə xərcləmələrinin artması və köçürmələrin çoxalması nəticəsində dövriyyədə pul kütləsinin artması valyuta bazarına təzyiq yaradır. Lakin dolların bahalaşacağı ilə bağlı gəzən söz-söhbətlərin yəganə səbəbi bu deyil.

Onun fikrincə, Türkiyənin milli valyutası olan lirənin sürətlə ucuzlaşması cəmiyyətə psixoloji təsir edirdi və xarici valyutaya tələbi artırırdı: "Lakin artıq hər iki səbəb öz aktuallığını itirib. Neftin qiyməti yenidən artıb, lirə isə 35 faiz həcmində bahalaşıb".

Qeyd edək ki, hər ilin son günlərində xaricə səfərlər çoxalır. Həmçinin istehlak mallarının artması fonunda idxal da artır və nəticədə xarici valyutaya tələb çoxalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.