Gəncədə yol-nəqliyyat hadisə baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "Shacman" markalı yük maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az