Tamaşaçılar teatrdan ötrü çox darıxıblar… - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dekabr ayında nümayişi nəzərdə tutulan əksər tamaşalara bütün biletlər satılıb, bəzilərinə isə yerlər olduqca məhduddur. Bu barədə Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib:
"Sevindirici haldır ki, iki ilə yaxın yorucu fasilədən sonra teatrımıza bu qədər tamaşaçı axını var və burada həyat öz əvvəlki axarı ilə davam edir. Bir-birindən baxımlı səhnə əsərlərinə tamaşaçıların günbəgün artan marağından da hiss olunur ki, onlar teatrdan ötrü çox darıxıblar.
Bu ayın sonlarında oynanılacaq "Paris Notr-Dama ithaf" (V.Hüqo, səhnələşdirən: S.Qulamov) tamaşasına biletlər artıq bir ay öncədən satılıb qurtarıb. "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva), "Baladadaşın toy hamamı" (Elçin), "999-cu gecə" (F.Əmirovun musiqiləri əsasında) səhnə əsərlərinə də "İticket.az" onlayn bilet satışı portalında bilet tapmaq mümkün deyil. "Bir nəfəs qədər" (səhnələşdirən: S.Qulamov) və "Beş manatlıq gəlin" (S.Rüstəmov, M.S.Ordubadi) tamaşalarının premyeralarınına da demək olar ki, biletlər qalmayıb.
Əslində bu çox müsbət haldır ki, vaxtı ilə teatrların tamaşaçı qıtlığı yaşayacağı ilə bağlı bədbin proqnozlar alt-üst olur və teatr icmasında xoş ovqat yaradır.
Qeyd edək ki, teatrda uşaqlar üçün də tamaşalar bərpa olunub. Bu ayın 29-dan yanvarın 4-nə qədər gündə iki seans olmaqla, balaca dostlarımız üçün nağıl-tamaşalar nümayiş olunacaq.
Teatrımızın repertuarı həmişəki kimi zəngindir, bununla yanaşı, müxtəlif rejissorların təqdimatında fərqli-fərqli janrlarda tamaşalar hazırlanır.
Akademik Musiqili Teatrın tamaşalarına bilet tapmaqda çətinlik çəkən tamaşaçılarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq onların zövqlərinə uyğun səhnə əsərlərini növbəti aylarda bir daha göstərəcəyik. Bu barədə teatrın rəsmi saytı və sosial şəbəkə hesablarında mütamadi olaraq məlumatlar veriləcək.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də "iticket. az" saytından əldə etmək olar.
Xatırladaq ki, tamaşaçılar yalnız "COVID-19 pasportu" və bu virus əleyhinə peyvəndə "Əks göstəriş sertifikatı" ilə teatra buraxılır. Teatr zalında isə tibbi maskadan istifadə olunmalıdır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
Təbii qazın qiyməti artdı
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
XƏBƏR LENTİ
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - (Yenilənib)
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü





