Cəmiyyət

15 yaşı tamam olanlara bu qaydalarla şəxsiyyət vəsiqəsi veriləcək

3 Dekabr 2021 16:24
Baxış: 2 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.

Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.