Cəmiyyət

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

4 May 2010 18:20
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TQDK-dan Milli.Az xəbər portalına daxil olan məlumata görə, Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilən imtahanlarda iştirak etmək üçün 15362 bakalavr ərizə verib, onlardan 447 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6870 bakalavr imtahanı uğurla verərək ikinci mərhələyə vəsiqə qazanıb. Onlardan 3218 nəfəri oğlanlar, 3652 nəfəri isə qızlardır. İkinci mərhələyə keçən bakalavrların 4224 nəfəri ali məktəblərin bu ilki məzunlarıdır.

İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirməyə, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərib. Qeyd olunan hallar nəzarətçilər və imtahan rəhbərləri tərəfindən aşkarlanıb və onlar imtahandan xaric olunublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.