Şou-biznes

Xəzər TV-dən Xoşqədəmə ilk efir hədiyyəsi - VİDEO

23 Noyabr 2021 13:34
4 Şərh     Baxış: 3 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün "Səni axtarıram" verilişi ilə ilk dəfə ARB TV-nin efirinə çıxıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, aparıcının tamaşaçılarla ilk görüşü zamanı maraqlı anlar yaşanıb. Həmçinin, Hidayətqızının sözügedən kanalda ilk efiri  münasibətilə Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov gül göndərib. Teleaparıcı efirdə güllər üçün Dadaşova təşəkkür edib:

"Murad müəllim, diqqətinizə, hörmətinizə görə minnətdaram. "Xəzər"də çalışdığım müddətdə məni hər zaman fərqləndirdiyiniz, diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Mənim üçün doğma olan Xəzər TV kollektivi, sizi çox sevirəm və öpürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.