Şou-biznes

Səhnədə evlilik təklifi...- 5 il sonra konsert verdi

16 Noyabr 2021 15:52
0 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur britaniyalı müğənni Adel 5 ildən sonra ilk dəfə solo konsert verib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, musiqili gecə Los-Ancelesdəki Griffith Rəsədxanasında baş tutub və bir çox məşhur sima iştirak edib.

Adel müğənninin incə bədən quruluşunu vurğulayan tünd dar libasda səhnəyə çıxıb. O, dəbdəbəli görünüşü həcmli sırğalar tamamlayıb.

Konsertdə Adel köhnə hitləri ilə yanaşı, yeni "30" albomundakı mahnıları da ifa edib. 

Adeli dinləməyə Kris Cenner, müğənni Lizzo, aktrisa Nikol Riçi, teleaparıcı Ellen DeCeneres, müğənni Selena Qomez, reper Dreyk gəlib.

Lakin gecənin baş qəhrəmanı müğənni deyil, elə tamaşa zalında evlənmək təklifi alan qız olub.

Konsert zamanı Adel Kventin adlı oğlana sevgilisinə sürpriz etməkdə kömək etmək istədiyini açıqlayıb. O, tamaşaçılardan səs çıxarmamağı, texniki işçilərdən isə işıqları söndürmələrini istəyib. Kventin sevgilisi Eşlini gözü bağlı şəkildə səhnəyə çıxarıb. Qız elə bilib ki, onlar sadəcə gəzintiyə çıxıblar və oğlan sarğısını çıxardıqdan sonra da onun harada olduğunu başa düşməyib.

Kventin diz çöküb və  Eşliyə evlilik təklifi edib. Qarşı tərəfin cavabı "hə" olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.