Şou-biznes

Xalq Artistinin qızı atası ilə bağlı hansı etirafı etdi? - VİDEO

30 Oktyabr 2021 16:10
2 Şərh     Baxış: 2 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər atası haqqında bilinməyən faktları açıqlayıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" proqramına qatılan Ülkərdən Yaşar Nurinin çəkildiyi filmlərin adları soruşulub.

Həmin vaxt Xalq artistinin "Bəyin oğurlanması" filmində canlandırdığı İsrafil obrazı ekranlara gəlib. Ülkər atasının bu rolu haqqında açıqlama verərək onun hər zaman evdə də eyni ilə bu obrazda olduğunu deyib:

"Atamın çəkildiyi bu ekran işini çox sevirəm. O, burada evdə olduğu kimi eyni ilə özünü canlandırır. Evdə də bu xarakter və xasiyyətdə idi".

Qeyd edək ki, Yaşar Nuri 1975-ci il noyabrın 28-də Rəhimə xanımla ailə həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qızları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.