“Son dəfə soruşdum ki, məni sevirsən?” - Xalq Artistinin xanımı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva "Günün Sədası" proqramında qonaq olub.
Milli.Az olay-a istinadən xəbər verir ki, Rəhimə xanım aktyorun son günlərindən danışıb və bunları söyləyib:
"İllər keçdikcə Yaşarın xasiyyəti yumşaldı. Son illər tamamilə dəyişdi, onu tanıya bilmirdim. Məni həmişə yanında istəyirdi. Fikirləşirdi ki yanındayamsa, yaşayacaq. Mənə çox inanırdı, özünü rahat hiss edirdi. Son gün ona yaxınlaşdım, çox gözəl görünürdü. Ümumiyyətlə, Yaşarı insanların xəstə kimi görməsini istəmirdim. Yaşıma uyğun olmasa da, şıltaqlıq edirdim, gizlicə ağlasam da, onu hər şeyin yaxşı olduğuna inandırırdım.
Son dəfə soruşdum ki, məni sevirsən? Baxdı, dedi, ayıbdır. İsrar etdim ki, de. Qayıtdı ki, hə, sevirəm. Cavabından sonra pis oldum, üzündən öpdüm. Türkiyədə xəstəxanada olanda ona hər gün bir paltar geyindirirdim. Həm dövlətimiz, həm də ailə üzvlərimiz tərəfindən Yaşara diqqət-qayğı göstərilirdi. Axırıncı dəfə dedi ki, yorulmuşam, yatım. Uzandı, mən də oturdum. Sistemə baxanda gördüm ki, nəsə düzgün deyil. Tibb bacısına tapşırdım ki, halı pisləşsə, reanimasiyaya yerləşdirərsiz. Sonra çıxdım, çünki saat 10-a qədər icazə var idi. Evə narahat qayıtdım. Gecə zəng gəldi, qızım Ülkər cavab verdi. İlk zərbəni o, aldı. Mən də hiss etdim. Ev paltarı ilə qaçaraq getdik, baş həkim məni çağırdı. Gördüm, gözü yaşlıdır, dərman içir. Demə, əllərindən gələni etsələr də, Yaşarı sağalda bilməyiblər. Əlimdəki stəkanı özümdən asılı olmadan sıxıb qırdım. Dedilər, get görüş. Razı olmadım. Onu yaşadığı vaxtlardakı kimi xatırlamaq istəyirdim".
Qeyd edək ki, Yaşar Nuri 2012-ci ilin noyabrında 61 yaşında dünyasını dəyişib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü





