Gecədə geyimləri ilə yarışdılar - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun müddətdən sonra şou-biznes nümayəndələri yenidən bir araya yığışıblar. Onlar Sevda Yahyayevanın toy məclisində toplaşıblar.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şou-biznesin xanımları gecədə geyimləri ilə yarışa giriblər.
Xalq artisti Röya Ayxan yaxın rəfiqə olduğu Sevdanın məclisinə qara sinə dekolteli və ayaq yarıqlı paltar seçib. O, paltarını gümüşü aksesuarlarla tamamlayıb.
Əməkdar artist Lalə Məmmədova da toy üçün qara geyim seçib. Xeyli çəki atan müğənni qara tulumu üçün az sayda aksesuardan istifadə edib.
Müğənni Xatirə İslam da toya qara rəngli geyimlə qatılıb. İfaçı qara tül şalvarının üstünə eyni rəngli pencək geyinib. Sənətçi görüntüsünü narıncı çantası ilə rəngləndirib.
Rəqqasə Fatimə Fətəliyeva digər həmkarlarından fərqli olaraq qırmızıya üstünlük verib. Uzun qırmızı ziyafət geyimi ilə özü dediyi kimi "stoyka"sını gözəl göstərən sənətçi az sayda aksesuardan istifadə edib. O, görünüşünü parlaq makiyajla tamamlayıb.
Müğənni Roza Zərgərli məclis üçün uzun qara paltara üstünlük verib. O, sadə donunu böyük brilyantlarla rəngləndirməyə çalışıb.
Rəqqasə Oksana Rəsulovanın da seçimi qara libas olub. Oksana sadə libasını parlaq makiyaj, dəbdəbəli saç düzümü və qaşlı çantası ilə tamamlayıb.
Gecənin rəngli geyinənləri arasında aparıcı Zümrüd Bədəlova yer alıb. O, məclis üçün qızılı uzun paltar seçib.
Müğənni Nura Suri də qara paltarla obyektiv qarşısına keçib. Qara ayaqqabı geyinən Nura görünüşünü qəhvəyi çanta ilə tamamlayıb.
Aparıcı Afaq Gəncəli qısa donla toya qatılıb. Gümüşü rəngli ziyafət paltarı seçən Afaq qara çantaya üstünlük verib.
Müğənni Günay İbrahimli öz butikindən olan qara məxmər don geyinib. Sənətçi qara çanta və qızılı aksesuar seçib.
Əməkdar artist Vəfa Zeynalova toy üçün qara məxməri paltar seçib. Aktrisanın artıq çəki alması da diqqətdən qaçmayıb.
Aşıq Samirə Əliyeva qara uzun ziyafət geyimi ilə toya qatılıb. Xeyli çəki atan sənətçi qara çanta və ayaqqabı seçib.
Xalq artisti Məleykə Əsədova digər xanımlardan seçilərək rəngli paltara üstünlük verib. Sinə dekolteli gümüşü paltarını aktrisa aksesuarlarla tamamlayıb.
Aparıcı Aytəkin Mərdanova da boz paltara üstünlük verib. Midi paltarın üzərini qızılı xətlər rəngləndirib.
5 ildən sonra Bakıya Sevdanın toyu üçün gələn müğənni Rəqsanə İsmayılova da qara paltar seçib. Onun libasını uzun ayaq yarığı tamamlayıb.
Qara geyimli xanımlar arasında rəngli seçimi ilə fərqlənən az sayda tanınmış sırasında Xalq artisti Tünzalə Ağayeva və əkiz bacılardan biri olan Sevil yer alıb. Ağayeva gecəyə tünd sarı rənglə dekolteli libas geyinib. Müğənni görünüşünü qızılları ilə tamamlayıb. Sevil isə ağ qısa donla toya qatılıb.
Toyun qara libaslı xanımları arasında müğənni Gülay Zeynallı da yer alıb. O, qara qısa paltarı üçün eyni rəngdə ayaqqabı seçib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)





