Şou-biznes

"Səs Azərbaycan"da maraqlı anlar - oxumağı qaldı, çəkisini müzakirə etdilər - VİDEO

9 Oktyabr 2021 14:12
1 Şərh     Baxış: 2 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səs Azərbaycan" ötən gündən İctimai TV-də start götürüb. Musiqi yarışmasının münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Eldar Qasımov və Murad Arif yer alıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin ilk buraxılışında bir çox maraqlı anlar yaşanıb. Diqqət çəkən məqamlardan biri isə 18 yaşlı Nazilə Əliyevanın çıxışı zamanı yaşanıb. Rok janrında mahnı səsləndirən ifaçıya ancaq B.Dadaşova dönüb. O isə iştirakçının oxumağından çox artıq çəkisini müzakirə edib:

"Arıqlatmaq olar. Məni seçmə, səni arıqladacam".

Dadaşova daha sonra rok sevmədiyini söyləyib:

"Bir dənə deton oxumadı. Ona görə seçdim. Rok sevmirəm. Melodiyanı sevirəm".

Murad isə onun RNB, hiphop oxuduğunu deyib. Dadaşova "Qəşəng rok idi. O qədər qəşəng oxudun ki... Rok elə qışqırıqdır. Səsini istifadə etmək olar" sözləri ilə etiraz edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.